Maharaştra şəhərində su anbarı daşdı, 12 ölü
Maharaştra şəhərində su anbarı daşdı, 12 ölüHindistanın Maharaştra şəhərində su anbarının daşması nəticəsində 12 nəfər həyatını itirib.
1229847

Ölkə rəsmilərinin məlumatına görə Tivare su anbarının daşmasına Ratnagiri bölgəsində şiddətli yağışların yağması səbəb olub. Hadisədən sonra başladılan xilasetmə işləri niticəsində 12 nəfərin meyidi tapılıb, bir nəfər xilas edilib. İtkin düşmüş 11 nəfər axtarılır. Bölgədə su basmış ərazilərdə yerləşən 7 kənd su altında qalıb. 12 ev yerləyeksan olub. Bildirilib ki, hadisədən sonra bölgəyə aralarında polis qüvvələri və könüllülərdən ibarət xeyli sayda xilasedici cəlb olunub.