Venesuelada Karabobo müharibəsinin 198-ci ildönümünü hökumət hərbi paradla qeyd edəcək

Venesuela tarixindəki ən mühüm qələbələrdən biri olan Karabobo müharibəsinin 198-ci ildönümünü 5 iyulda hökumət hərbi paradla, müxalifət isə etiraz yürüşü ilə qeyd edəcək.

1229563
Venesuelada Karabobo müharibəsinin 198-ci ildönümünü  hökumət hərbi paradla qeyd edəcək

Venesuela tarixindəki ən mühüm qələbələrdən biri olan Karabobo müharibəsinin 198-ci ildönümünü 5 iyulda hökumət hərbi paradla, müxalifət isə etiraz yürüşü ilə qeyd edəcək.
 
 Aylardır böyük siyasi böhran keçirən və dövlət çevrilişi cəhdlərinə səhnə olan Venesuelada prezident Nikolas Maduro hökuməti böyük bir hərbi parad, özünü müvəqqəti dövlət başçısı elan edən parlament sədri Xuan Quaydonun rəhbərlik etdiyi müxalifət isə etiraz yürüşü ilə meydanlara çıxacaq.
 
 Venesuela müdafiə naziri Vladimir Padrino Lopez müxalif mətbuatın ötən həftə ortaya çıxarılan yeni çevriliş cəhdi və sui-qəsd planlarına görə təxirə salınacağını iddia etdiyi böyük hərbi parad mərasiminin keçiriləcəyini bildirdi.
 
 Sosial media hesabı vasitəsilə zirehli texnika və tankların görüldüyü bir videonu bölüşən Padrino Lopez: "Xalqımıza 5 iyul Vətən və Silahlı Qüvvələr Günündə böyük bir hərbi və mülki parad təqdim etmək üçün hazırlıqlarımıza davam edirik" ifadəsini işlətdi.
 
 Venesuela ordusunun sosial media hesabından da Karabobo müharibəsinin 198-ci ildönümü münasibətilə Karakasın Qəhrəmanlar meydanında keçiriləcək hərbi parad mərasiminin məşqlərinin keçirildiyi bildirildi.
 
 Paytaxtdakı insan sayının az olduğu son nümayişlərindən və 30 apreldəki uğursuz hərbi cəhddən sonra tərəfdarlarını meydanlara toplamaqda çətinlik çəkən Quaydo da 5 iyul tarixi üçün  müxalifləri yürüşə çağırdı.
 



Әlaqәli Xәbәrlәr