Tramp ABŞ hərbçilərinnin Əfqanıstandan çıxarılması məsələsi ilə bağlı narahatlığını dilə gətirdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp amerika hərbçilərinin Əfqanıstandan çıxarılması məsələsi ilə bağlı narahat olduğunu bildirdi.

1228692
Tramp ABŞ hərbçilərinnin Əfqanıstandan çıxarılması məsələsi ilə bağlı narahatlığını dilə gətirdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp amerikan hərbçilərinin Əfqanıstandan çıxarılması məsələsi ilə bağlı narahat olduğunu bildirdi.
 
 ABŞ-ın "Fox News" kanalına  müsahibə verən Tramp Əfqanıstandakı amerikan hərbçilərinin çıxarılması planı ilə bağlı qarşılarında bir sıra problemin olduğunu söylədi.
 
 Daha əvvəl də olduğu kimi bir daha ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağı düşündüyünü qeyd edən Tramp: "Əsgərlərimizi geri çəkmək istəyirəm, amma çıxmazdan əvvəl orada çox güclü bir kəşfiyyat qoyaram" dedi.
 
 "Orada gizlənəcək çox yer var. Ora terrorçular üçün bir laboratoriyadır. Mən terrorçuların "Harvard"ı deyirəm" ifadələrini işlədən Tramp Əfqanıstanı kifayət qədər hazırlıq görmədən tərk etmələri vəziyyətində, ölkədə "terror amillərinin" güclənib ABŞ-a hücum üçün zəmin ola biləcəyindən ehtiyat etdiklərini söylədi.
 
Qeyd edək ki,  Əfqanıstan prezidenti Əşrəf Qəninin rəhbərlik etdiyi hökumət üçün böyük təhdid ünsürü olan Taliban təşkilatı hazırda ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyub saxlayır.



Әlaqәli Xәbәrlәr