BMT İranı nüvə müqaviləsinə aid öhdəliklərinə əməl etməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatı İranı nüvə müqaviləsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə dəvət etdi.

1228412
BMT İranı nüvə müqaviləsinə aid öhdəliklərinə əməl etməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Dijarric (Stephane Dujarric)  gündəlik mətbuat brifinqində İranın zənginləşdirilmiş uran ehtiyatı limitini yüksəltmə qərarı ilə bağlı fikir bildirdi.
 
 Dujarric  hadisələrin bu şəkildə inkişafının narahatedici olduğunu bildirərək: "İran İslam Respublikasının bu qərarı müqavilənin qorunub saxlanılmasına xidmət etməyəcək və İran xalqını müqavilənin iqtisadi faydalarından məhrum edəcək" dedi.
 
 Sözçü problemin  Əhatəli Birgə Fəaliyyət Planı (KOEP) çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı,  BMT baş katibi Antonio Quterreşin (Antonio Guterres) İranı nüvə müqaviləsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə dəvət etdiyini söylədi.
 
Xatırladaq ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın 3,67 faiz zənginləşdirilmiş uran ehtiyatı limitinin nüvə müqaviləsində göstərilən 300 kiloqramlıq səviyyəsini keçdiyini,  ağırlaşdırılmış suda da eyni vəziyyətin olduğunu açıqlamışdı.
 
 Mayın 8-də müqavilənin tərəfdarı olan ölkələrə Amerika Birləşmiş Ştatlarının  sanksiyalarına qarşı 60 gün müddət verən İran zənginləşdirilmiş uran ehtiyatını artıracağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr