"Ordu gələcək illərdə "məğlubedilməz" silahlarla təhciz olunacaq", V.Putin

Rusiya prezidenti Vladimir Putin ordunun ölkəsinin “məğlubedilməz” olaraq adlandırılan silahlarla gələcək illərdə təhciz olunacağını bildirdi.

1226482

Putin Kreml sarayında hərbi məktəb məzunları üçün keçirilən mərasimdə etdiyi çıxışda deyib ki, Rusiyanın müdafiə gücü və silahlı qüvvələrinin inkişaf etdirilməsinə dair fəaliyyətlər böyük əhəmiyyət daşıyır. Ordunun və donanmanın güclü silahlarla təchiz olunması vacibdir.  Rusiyanın “məğlubedilməz” olaraq adlandırılan silahları gələcək illərdə orduya təqdim olunacaq. Yüzminlərlə işçi, mühəndis və dizaynerin fəaliyyətinin nəticəsi olan bu silahlar təhlükəsiz, qabiliyyətli əllərdə olmalıdır. Yeni məzun əsgərlərin vəzifəsi bu silahlardan mükəmməl şəkildə istifadə etməkdir.

Putin keçən il martda Federal Məclisdə etdiyi çıxışda aralarında Avanqrad və Şarmat raket sistemlərinin də olduğu müxtəlif yeni silahları “məğlubedilməz” olaraq vəsifləndirmişdi.

Әlaqәli Xәbәrlәr