"ABŞ-ın “Əsrin müqaviləsi” planı qəbuledilməzdir", M.Abbas

Fələstin dövləti başçısı Mahmud Abbas siyasi həll yolu ilkin planda olduğuna görə Bəhreyn “Workshop”nu boykot etdiklərini söyləyib.

1226525
"ABŞ-ın “Əsrin müqaviləsi” planı qəbuledilməzdir", M.Abbas

Fələstin dövləti başçısı Mahmud Abbas siyasi həll yolu ilkin planda olduğuna görə Bəhreyn “Workshop”nu boykot etdiklərini söyləyib.

Çili prezidenti Sebastian Pinera ilə Ramallahdakı ofisdə bir araya gələn Mahmud Abbas görüşdən sonra keçirilən mətbuat kofransında ABŞ-ın Orta Şərq məsələsinə həll yolu iddiası ilə təqdim etdiyi “Əsrin müqaviləsi” planın qəbuledilməz olduğuna dair düşüncəsini bir daha dilə gətirdi.

Abbas “Əsrin müqaviləsi” planı çərçivəsində ilk tədbir kimi qiymətləndirilən və dünən başa çatan Bəhreyn “Workshop” barədə deyib ki, siyasi həll yolunun iqtisadi həll yolundan daha üstün olduğuna inandığımız üçün bu proqramda iştirak etməyi qəbul etmədik. Milli haqlar, alınıb-satılan əmlak deyildir.

Abbas rəsmi Vaşinqtonun qəbul etdiyi qərarların ABŞ-ın sülh prosesinə bir başına nəzarət etmək mövzusunda səhaliyyəti olmadığını təsdiq etdiyini bildirib.

Görüşdə Fələstində son vəziyyət, işğal qüvvələrinin səbəb olduğu problemlər, torpaqların işğalı, vergilər və müqəddəs məkanlara istiqamətli hücumlarla əlaqədar çilili həmkarı Pineraya məlumat verən Abbas deyib ki, işğal qüvvələri dövlətimizin paytaxtı Şərqi Qüdsün xüsusiyyətini və xarakterini pozur. Şərqi Qüdsün inananlar və bütün səmavi din mənsublarının ibadəti və ziyarəti üçün açıq bir şəhər olmasını istəyirik.

Çili prezidenti Pinera da ölkəsinin suveren, təhlükəsiz sərhədlər daxilində və azad bir Fələstin dövlətinin qurulmasını dəstəklədiyini ifadə edərək, “İsrail və Fələstin xalqlarının da istədiyi budur. Tək hakimiyyət, iki dövlətli həll çərçivəsində əhatə edən və ədalətli sülhün təmin edilməsidir” deyib.

Pinera srağa gün işğal altındakı Qüdsdə yerləşən Əl-Əqsa məscidini ziyarət etmişdi.



Әlaqәli Xәbәrlәr