Venesuelalıların Avropa ölkələrinə sığınacaq müraciətləri artdı

Son illərdə iqtisadi və siyasi böhranın baş verdiyi Venesuelada insanların Avropa İttifaqı ölkələrinə qarşı apardığı siyasi sığınacaq müraciətləri 18 400-ə yüksəldi.

1224969
Venesuelalıların Avropa ölkələrinə sığınacaq müraciətləri artdı

Son illərdə iqtisadi və siyasi böhranın baş verdiyi Venesuelada insanların Avropa İttifaqı ölkələrinə qarşı apardığı siyasi sığınacaq müraciətləri 18 400-ə yüksəldi.
 
 Ölkə mətbuatında çıxan xəbərlərdə venesuelalıların başda İspaniya, İtaliya və Almaniya olmaqla, Avropa Azad Ticarət Birliyinin (EFTA) üzvləri Norveç, İsveçrə, İslandiya və Lixtenşteyn kimi ölkələrdən daha çox sığınacaq istədikləri bildirildi.
 
 Avropa İttifaqı ölkələrindən sığınacaq istəyən venesuelalıların sayının 18 400 olduğu qeyd edilən xəbərlərdə venesuelalıların suriyalılardan sonra Avropaya ən çox müraciət edən ikinci xalq olduğu vurğulandı.
 
 Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) və BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı tərəfindən ötən həftə verilən birgə yazılı açıqlamada Venesuela xalqının ölkəni sürətlə tərk etməsinin təəccüblü ölçülərdə olduğu ifadə edilmişdi.
 
 Venesuelada 2015-ci ilin sonundan etibarən ölkəni tərk edənlərin sayının 695 min nəfər olduğu xatırladılan açıqlamada, dünya miqyasında indiyə qədər 4 milyon venesuelalı qaçqın və köçkünün qonşu ölkələrə sığındığı qeyd edilmişdi.
 
 Açıqlamada venesuelalı qaçqın və köçkünlərdən 1,3 milyonunun Kolumbiyaya, 768 mininin Peruya, 263 mininin Ekvadora, 130 mininin Argentinaya, 288 mininin Çiliyə və 168 mininin Braziliyaya, qalanların da Meksika, Mərkəzi Amerika və Karib ölkələrinə sığındığı bildirilmişdi.



Әlaqәli Xәbәrlәr