Rusiya Avropa Şurası Parlament Assambleyasına geri qəbul edildi

Rusiya 5 il fasilədən sonra Avropa Şurası Parlament Assambleyasına geri qəbul edildi.

1224846
Rusiya Avropa Şurası Parlament Assambleyasına geri qəbul edildi

Rusiya 5 il fasilədən sonra Avropa Şurası Parlament Assambleyasına geri qəbul edildi.
 
 Fransanın Strasburq şəhərində toplanan Avropaa Şurası Parlament Assambleyasının yay sessiyasında keçirilən səsvermədə Krımı işğalı səbəbindən 2014-cü ildə AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ əlindən alınan Rusiyanın geri qayıtmasını nəzərdə tutan qərar qəbul edildi.
 
 Qərar 62 əleyhinə,10 bitərəf, 118  lehinə verilmiş səslə qəbul edildi. 
 
 Xatırladaq ki,  Rusiyanın 2014-cü ildə Krımı işğalı səbəbindən AŞPA-dakı Rusiya nümayəndə heyətinin səsvermə hüququ əlindən alınmışdı. Rusiya da bu sanksiyaya reaksiya olaraq, 2016-cı ildən etibarən öz nümayəndə heyətini AŞPA-ya göndərməmə barəsində qərar qəbul etmiş, Avropa Şurasının büdcəsinə töhfə payını (illik 33 milyon avro) verməkdən imtina etmişdi.
 
 2017-ci ildən bəri büdcə töhfə payını ödəməyən Rusiyanın Avropa Şurası qaydalarına əsasən, Avropa Şurasının icra orqanı olan Nazirlər Komitəsi tərəfindən üzvlükdən çıxarılması ehtimalı vardı.



Әlaqәli Xәbәrlәr