Sergey Ryabkov: "ABŞ-ın İrana qarşı yeni sanksiyaları vəziyyəti ağırlaşdıracaq"

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampın İrana qarşı yeni sanksiyaların qüvvəyə minəcəyi ilə bağlı söylədiklərinə fikir bildirdi.

1224115

 Ryabkov paytaxt Moskvada verdiyi açıqlamada ABŞ-ın dialoq qurmaq əvəzinə İranı daim sanksiyalarla təhdid etdiyini qeyd edərək: "ABŞ-ın İrana qarşı yeni sanksiyaları vəziyyəti ağırlaşdıracaq. Bu, şüurlu və məqsədli mövqeyin əksidir" dedi.
 
 Ryabkov iyunun 28-də Avstriyanın Paytaxtı Vyanada Əhatəli Birgə Fəaliyyət Planı ilə bağlı planlaşdırılan toplantının çətin şərtlər altında keçiriləcəyini bildirərək: "Müqavilənin Avropa tərəfinə aid ölkələri İrana münasibəti sıxlaşdırmaq üçün ABŞ ilə birlikdə oyun oynamağa başladılar" ifadələrini işlətdi.
 
 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana əlavə sanksiyaların bu gün qüvvəyə minəcəyini bildirmişdi. Tramp ABŞ-ın anlaşma tərəfdarı olduğunu və İran əməkdaşlığa hazır olduğu təqdirdə sanksiyalardan imtina ediləcəyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr