Pompeo Trampın İrana ismarış göndərməsi ilə bağlı iddiaları təkzib etdi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Oman vasitəsi ilə İrana ismarış göndərərək Tehranla görüşmək istəməsi barədə xəbərləri təkzib etdi.

1223356
Pompeo Trampın İrana ismarış göndərməsi ilə bağlı iddiaları təkzib etdi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Oman vasitəsi ilə İrana ismarış göndərərək Tehranla görüşmək istəməsə barədə xəbərləri təkzib etdi.

  Pompeo verdiyi yazılı açıklamada "Reuters" xəbər agentliyinin adlarını gizli saxladığı İran rəsmilərinə əsaslanaraq yaydığı xəbərə istinad edərək: " Prezident Donald Tramp Oman vasitəsi ilə İrana hər hansı bir ismarış göndərməyib. Mövqeyimizi olduqca açıq şəkildə bildirdik və zamanı gələndə hərəkətə keçəcəyik" iİfadəsini işlətdi.

  Pompeo ABŞ-ın İraqdakı Balad Hava Bazasındakı hərbçilərinin təxliyyəsi xəbərlərini də təkzib etdi.

  ABŞ-ın Orta Şərqdə sabitlik və sülh tərəfdarı olduğunu, lakin İranın ABŞ-a aid pilotsuz uçan aparatı (PUA) beynəlxalq  sularda vurduğuna dair heç bir şübhələrinin olmadığını vurğulayan dövlət katibi: "İranın  məsuliyyətsiz hücumlarına cavab olaraq qəbul etdiyimiz qərarlar ABŞ vətəndaşlarını və onların maraqlarını dünya miqyasında qorumaq üçündür" deyə bildirdi.

 Qeyd edək ki, "Reuters" xəbər agentliyi, cümə günü adını açıqlamadığı İran rəsmilərinə əsasən yaydığı xəbərdə  Trampın Oman vasitəsilə İrana ismarış göndərdiyini iddia etmişdi.

 Xəbərə görə, İran rəsmiləri Trampın ismarışında İranla müharibənin yaxın olduğunu, lakin müharibə istəmədiyini və Tehranla görüşmək istədiyini bildirib.

 ABŞ prezidentinin İrana görüş tələbinə cavab vermək üçün qısa müddət verdiyini qeyd edən rəsmi şəxslər Oman vasitəsilə Trampa verdikləri cavabda ona İrana qarşı təcavüzünün regional və beynəlxalq nəticələri olacağı barədə xəbərdarlıq etdiklərini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr