Donald Tramp vә Mәhәmmәd ibn Salman arasında telefon danışığı olub

Bu barәdә Ağ Evin mәtbuat katibinin kömәkçisi Hoqan Qidley mәlumat verib.

1223080
Donald Tramp vә Mәhәmmәd ibn Salman arasında telefon danışığı olub

 

Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp vә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn Salman arasında telefon danışığı olub.

Bu barәdә Ağ Evin mәtbuat katibinin kömәkçisi Hoqan Qidley mәlumat verib. Hoqan Qidley Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp vә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn Salman arasında baş tutan görüşlә bağlı yazılı açıqlama verib.

Açiqlamada bildirilib ki, liderlәr Orta Şәrqdә  vә qlobal neft bazarlarında sabitliyin tәmin olunması mәsәlәsindә Sәudiyyә Әrәbistanının kritik rolu әtrafında fikir mübadilәsi aparıblar. Tәrәflәr hәmçinin İran mәsәlәsini dә müzakirә ediblәr.



Әlaqәli Xәbәrlәr