Donald Tramp İrana gözdağı verdi

ABŞ prezidenti Donald Tramp ölkəsinə məxsus pilotsuz uçuş aparatını düşürən İrana gözdağı verdi.

1222318
Donald Tramp İrana gözdağı verdi

ABŞ prezidenti Donald Tramp ölkəsinə məxsus pilotsuz uçuş aparatını düşürən İrana gözdağı verdi.

Tramp şəxsi “Twitter” səhifəsində bir cümlə yazaraq bildirib ki, İran ABŞ-a aid PUA-nı vurmaqda böyük səhvə yol verdi. 

Digər tərəfdən Tramp Kanadanın baş naziri Justin Trudeau ilə Ağ Evdə keçirdiyi görüş zamanı mətbuat mənsublarına ABŞ-İran gərginliğinə dair açıqlama verərək deyib ki, ciddi səhv etdi İran. Pilotsuz uçuş aparatımız beynəlxalq sulardaydı, elmi olaraq bunun dəlilləri var əlimizdə. Bu şəxslər ciddi səhv etdilər, yəqin bu işi görənlər boş və axmaq adamlardır.

Tramp “ABŞ-ın İrana yönəldilmiş bir hücum planı varmı?” sualına isə “Yaxında görəcəksiniz” deyə cavab verib.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələri tərəfindən Oman Körfəzinə çıxan Hürmüzgan ostanının Quhmübarək şəhərinin sahilində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Global Hawk" tipli pilotsuz uçan aparatın (PUA)  vurularaq məhv edildiyini açıqlamışdı.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı isə hadisəni təsdiqləmiş, ancaq PUA-nın beynəlxalq sularda uçarkən vurulduğunu müdafiə etmişdi.



Әlaqәli Xәbәrlәr