Antonio Quterreş Körfəz bölgəsindəki son vəziyyətlə bağlı narahatlığını dilə gətirdi

BMT-nin Baş katibi Antonio Quterreşin İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurması da daxil olmaqla Körfəz bölgəsində son zamanlar baş verən hadisələrdən naharat olduğu bildirildi.

1222345

BMT baş katibinin sözçüsü Stefan Dyujarrik gündəlik mətbuat konfransında İran-ABŞ gərginliğinə dair suallara cavab verərək deyib: “Baş katib Quttarreş İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurması da daxil olmaqla Körfəz bölgəsində son zamanlarda baş verən hadisələrdən ciddi narahatlıq duyur. Baş katib bütün tərəfləri maksimum təmkinli olmağa və hazırda mövcud olan gərginliyi daha da dərinləşdirməkdən imtina etməyə çağırır”.

Dyujarrik “Baş katib dünyanın Körfəz bölgəsində böyük qarşıdurmanın cavabını verə bilməyəcəyini bir daha vurğulayır” ifadəsini işlədib.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələri tərəfindən Oman Körfəzinə çıxan Hürmüzgan ostanının Quhmübarək şəhərinin sahilində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Global Hawk" tipli pilotsuz uçan aparatın (PUA)  vurularaq məhv edildiyini açıqlamışdı.

ABŞ Mərkəzi Qüvvələr komandanlığı isə hadisəni təsdiqləmiş, ancaq PUA-nın beynəlxalq sularda uçarkən vurulduğunu müdafiə etmişdi.

Rəsmi Tehran və Vaşinqton arasındakı gərginlik keçən həftə Oman körfəzindəki iki tankerə yönəldilmiş hücuma görə daha da dərinləşdi. ABŞ rəhbərliyi hücumlarla əlaqədar İranı günahlandırdıqda, rəsmi Tehran bu iddiaları qəbul etməmişdi.  

Әlaqәli Xәbәrlәr