ABŞ Senatı Səudiyyə Ərəbistana silah satışı üzrə plana qarşı qətnamə qəbul etdi

ABŞ Senatı prezident Tramp rəhbərliyinin Səudiyyə Ərəbistana reallaşdırmağı plaşlandırdığı silah satışına mane oalacaq qanun təklifini qəbul edib.

1222313
ABŞ Senatı Səudiyyə Ərəbistana silah satışı üzrə plana qarşı qətnamə qəbul etdi

ABŞ Senatı prezident Tramp rəhbərliyinin Səudiyyə Ərəbistana reallaşdırmağı plaşlandırdığı silah satışına mane olacaq qanun təklifini qəbul edib.

22  sazişin bağlanılmasına dair qətnamələri senatorların yarıdan çoxu təsdiq edib.

Qanuna əsasən, ABŞ-ın Müdafiə Nazirliyi Konqresi digər ölkələrə silah satışı və ya onların hərbi təchizatı planları barədə məlumatlandırmalıdır.

Mayın 24-də ABŞ-ın Dövlət katibi Maykl Pompeo fövqəladə hüquqdan istifadə edərək və qanunvericilərin razılığı olmadan "İranın təcavüzünün qarşısının alınması" üçün İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanına 8,1 milyard dollar dəyərində silah satışı üzrə 22 sazişin bağlanılması prosesini başa çatdırmaq barədə qərar qəbul etdiklərini açıqlamışdı.

Həmin qərar Konqresin iki cənahı -Nümayəndələr Palatası və Senat- tərəfindən reaksiya ilə qarşılanmışdı. 



Әlaqәli Xәbәrlәr