ABŞ-ın Oman körfəzində edilən hücumla bağlı yeni iddiası

ABŞ-ın Dəniz Donanması keçən həftə Oman körfəzində edilən hücumla bağlı yeni iddia irəli sürüldü.

1221577
ABŞ-ın Oman körfəzində edilən hücumla bağlı yeni iddiası

ABŞ-ın Dəniz Donanması keçən həftə Oman körfəzində edilən hücumla bağlı yeni iddia irəli sürüldü.

Partlayıcı maddələr üzrə mütəxəssis bir komandan hücuma məruz qalan iki tankerdən yaponlara məxsus olan tankerdə istifadə edilən yapışqan minanın İrana məxsus minalarla “ciddi şəkildə oxşar xüsusiyyətlər daşıdığını” irəli sürdü.

ABŞ Donanmasında vəzifəli komandan Sean Kido təşkil etdiyi mətbuat kofransında tankerlərə edilən hücumda istifadə edilən minaların İran ordusunun hərbi paradında istifadə edilən minalarla oxşarlığı olduğunu söylədi.

Kido “İstifadə edilən yapışqan mina İranda hərbi paradlarda nümayiş etdirilən minalarla diqqət çəkici şəkildə” oxşarlıq göstərir” dedi.

Qeyd edək ki, Oman körfəzində iki neft tankerində partlayışlar baş vermişdi.

Tankerlərdəki 44 nəfərlik xədəmə İran axtarış-xilasetmə dəstələri tərəfindən xilas edilərək İranın Hürmüzgan əyalətinə bağlı Cask limanına aparılmışdı.



Әlaqәli Xәbәrlәr