Tramp və Şi ikitərəfli ticari əlaqələrdən danışdılar

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının prezidenti Şi Cinping telefon görüşündə iki ölkə arasındakı ticarət əlaqələrindən danışdılar.

1220958
Tramp və Şi ikitərəfli ticari əlaqələrdən danışdılar

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının prezidenti Şi Cinping telefon görüşündə iki ölkə arasındakı ticarət əlaqələrindən danışdılar.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının prezidenti Şi Cinping  arasında telefon danışığı oldu.

Ağ Evdən verilən yazılı açıqlamada görüşdə iki liderin  ABŞ-Çin ticarət əlaqələrini müzakirə etdiklər və iki ölkə arasında ədalətli və qarşılıqlı iqtisadi əlaqələrin əhəmiyyətinə diqqət çəkdikləri vurğulanır.

 Çinlə ticari əlaqələrdəki struktur problemlərin üzərində dayanıldığı bildirilən açıqlamada Tramp ilə Şinin regional təhlükəsizlik məsələlərini də dəyərləndirdikləri və Yaponiyada keçiriləcək G-20 sammitində görüşmək niyyətində olduqları deyd edildi.

Xatırladaq ki, ABŞ-Çin ticari əlaqələrində gərginliyin davam etdiyi bir zamanda qarşılıqlı şəkildə tətbiq olunan əlavə gömrük vergiləri "ticarət müharibəsi" xofunu artırmışdı.

Amerikan və Çin rəsmiləri arasında ötən ayın sonunda keçirilən son danışıqlarda dəqiq razılıq əldə olunmamışdı

 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək G-20 sammitində iki liderin gömrük vergiləri və ikitərəfli ticarət əlaqələri məsələsini ətraflı müzakirə etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr