Әfqanıstanda terror aktı, dörd nәfәr xәsarәt alıb
Bu barәdә Paktiya vilayәtinin Polis İdarәsinin mәtbuat katibi Vәli Tәbәssüm mәlumat verib.
1220222

Әfqanıstanın Paktiya vilayәtinin Zurmat qәsәbәsindә törәdilәn partlayış nәticәsindә 4 dinc sakin xәsarәt alıb.
Bu barәdә Paktiya vilayәtinin Polis İdarәsinin mәtbuat katibi Vәli Tәbәssüm mәlumat verib. Polis İdarәsinin rәsmisi hadisәnin qәsәbәnin mәrkәzindә baş verdiyini vurğulayıb.
Vәli Tәbәssüm terror aktı nәticәsindә 4 dinc sakinin müxtәlif dәrәcәli xәsarәtlәr aldığını deyib.
Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.
Әlaqәli Xәbәrlәr

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.