Avropa və BMT Mursinin ölümünə səssiz qaldı

Avropa İttifaqınin səlahiyyətli şəxslərinin və üzv ölkələrin hökumətlərinin Misirin demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezidenti Məhəmməd Mursinin vəfatı ilə əlaqədar heç bir başsağlığı verməməsi və reaksiya göstərməməsi diqqət çəkdi.

1220752
Avropa və BMT Mursinin ölümünə səssiz qaldı

Avropa İttifaqınin səlahiyyətli şəxslərinin və üzv ölkələrin hökumətlərinin Misirin demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezidenti Məhəmməd Mursinin vəfatı ilə əlaqədar heç bir başsağlığı verməməsi və reaksiya göstərməməsi diqqət çəkdi.

Ənənəvi olaraq vəfat edən yüksək vəzifəli şəxslər və siyasətçilərlə bağlı başsağlığı ismarışları bölüşən Avropa Komisiyasının sədri Jan Lod Yunker (Jean-Claude Juncker) ilə Avropa Şurasının sədri Donald Tusk Mursinin ölümünə səssiz qaldılar.

İstər jurnalistlər, istərsə də siyasi məhkumlar üçün "demokratiyanın səsi" olduğunu iddia edən və bu insanların haqlarını qorumaq üçün davamlı açıqlamalar verən Avropa İttifaqının Misirin ilk demokratik  seçkilərdə seçilmiş  prezidentinin ölümünü görməzlikdə gəlməsi düşündürücüdür.

Avropada demokratiya, insan haqları və hüququn aliliyini müdafiə etmək vəzifəsi daşıyan Strasburq mərkəzli Avropa Şurası da buna bənzər şəkildə Mursinin ölümü ilə bağlı səsszliyini pozmadı.

3 iyul 2013-cü ildə dövrün Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə naziri olan Əbdülfəttah əs-Sisi tərəfindən həyata keçirilən çevrilişi "çevriliş" olaraq səciyyələndirən Avropa İttifaqı qurumları və üzv ölkələr bu gün Mursinin vəfatına kor, kar və lal qaldılar.

Sisinin həyata keçirdiyinə "çevriliş" deməyən və seçkilərin keçirilməsini zəruri bilən Fransa bu gün də reaksiya göstərmədi.

Eyni şəkildə, çevrilişdən sonra "olan oldu" deyən və  qınamaqdan çəkinən Böyük Britaniya da Mursinin ölümü ilə  bağlı reaksiya vermədi.

Çevrilişdən sonra Mursinin azad edilməsini tələb etməklə kifayətlənən Almaniya hakimiyyəti də digər üzv dövlətlər kimi sükunətini qoruyub saxladı.

Avropa İttifaqının hərbi çevrilişlə hakimiyyətə gələn Sisi ilə qurduğu  yaxın əlaqə, böyük reaksiyalara səbəb olan edamlar və insan haqları pozuntularına qarşı səssizliyi və  Mursinin ölümünə bugünkü münasibət İttifaqın demokratiya məsələsində ikili standart sərgilədiyini bir daha nümayiş etdirdi.

Dünyada insan hüquqlarının dəstəklənməsi və qorunması ilə bağlı gördüyü işlərlə tanınmış Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən də  Mursinin ölümü ilə bağlı hələ bir açıqlama verilməyib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr