Çin Xalq Respublikasının prezidenti Şimali Koreyaya səfər edəcək

Çin Xalq Respublikasının prezidenti Şi Cinpinq bu həftə Şimali Koreyaya rəsmi səfər edəcək.

1220029
Çin Xalq Respublikasının prezidenti Şimali Koreyaya  səfər edəcək

Çin Xalq Respublikasının prezidenti Şi Cinpinq bu həftə Şimali Koreyaya rəsmi səfər edəcək.

Çinin dövlət televiziyası CCTV yaydığı xəbərdə prezident Şi Cinpingin 20-21 iyun tarixlərində Şimali Koreyanın paytaxtı Pxenyana rəsmi səfər edəcəyini bildirdi.

Şi səfər çərçivəsində Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək.

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümünə təsadüf edən səfər Çin Xalq Respublikasının prezidenti səviyyəsində 14 illik fasilədən sonra həyata keçiriləcək ilk səfər olacaq.

Xəbərdə liderlərin görüş əsnasında müzakirə edəcəkləri mövzular haqqında məlumat verilmədi.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA səfər xəbərini təsdiqlədi.

Səfərin ABŞ, Cənubi Koreya ilə Şimali Koreya arasındakı nüvə proqramınının bitirilməsinə dair diplomatik müzakirələrin dayandırılması dövrünə təsadüf etməsi diqqət çəkir.

 

 

 



Әlaqәli Xәbәrlәr