M.Akıncı Şərqi Aralıq dənizində yaşanan gərginliyə münasibət bildirib

Şimali Kipr Türk Respublikası prezidenti Mustafa Akıncı, Rum icmasını Şərqi Aralıq dənizində gərginlik yaratmaqda ittiham etdi.

1218515
M.Akıncı Şərqi Aralıq dənizində yaşanan gərginliyə münasibət bildirib

Prezident Mustafa Akıncı, Baş nazir Ərsin Tatar və Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Elizabeth Spehari qəbulundan sonra yaydığı açıqlamada: “Spehar ilə Şərqi Aralıq dənizində təbii qaz ilə əlaqəli bir komitə yaradılması məsələsini danışdıq. Bu günvənin artmasına töhfə verəcək. Şərqi Aralıq dənizində gərgin vəziyyətin hökm sürməsinin yeganə səbəbi Kipr Rum tərəfinin məsələni Şimali Kıbrıs Türk Respublikası ilə müzakirə etməməsidir. Bütün bunlara baxmayaraq səhvdən geri qayıdıla biləcəyinə və hər kəs üçün faydalı yola daxil olmanın mümkün olduğuna inanıram”-deyə Akıncı vurğulayıb.



Әlaqәli Xәbәrlәr