“İki neft tankerinə edilən hücumun məsuliyyəti İranın üzərindədir”, M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Oman körfəzində iki neft tankərinə dünən edilən hücumlardan İranı məsul tutduqlarını söylədi.

1218278
“İki neft tankerinə edilən hücumun məsuliyyəti İranın üzərindədir”, M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Oman körfəzində iki neft tankerinə dünən edilən hücumlardan İranı məsul tutduqlarını söylədi.

Pompeo mövzunu dəyərləndirərkən İranın uzun müddətdir Hörmüz boğazındakı neft nəqliyyatında təxribatçılıq törətdiyini, indi isə hər nöqtədə oxşar hücumlar etdiyini irəli sürdü və son 2 aydır İran tərəfindən edildiyi iddia edilən hücumlara işarə etdi.

Pompeo İranın Oman körfəzindəki iki neft tankerinə edilən son hücumlardan da məsul olduğunu ifarə edərək bunları söylədi: “Əlimizdəki kəşfiyyat məlumatlarına əsasən hücumu etmək üçün istifadə edilən silahlara və peşəkarlığa nəzər saldıqda İranın məsul olduğunu görürük. Bölgədə bu mürəkkəb hücumu edəcək qaynaq və qabiliyyətə sahib hər hansı vəkil bir qrup yoxdur. Bu hücum İranın ABŞ və tərəfdaşlarına qarşı təşkil etdiyi təhlükəli hücumlardan sadəcə biridir. Bu araqarışdırıcı hücumlar dənizçilikdəki “səfər azadlığı” qaydaları ilə yanaşı beynəlxalq sülh və təhlükəsizliyə açıq bir təhdiddir”.

Qeyd edək ki, Oman körfəzində dünən səhər radələrində iki neft tankerində partlayışlar baş vermişdi.

Tankerlərdəki 44 nəfərlik xədəmə İran axtarış-xilasetmə dəstələri tərəfindən xilas edilərək İranın Hürmüzgan əyalətinə bağlı Cask limanına aparılmışdı.



Әlaqәli Xәbәrlәr