Donald Tramp Oman körfəzində neft tankerlərinə hücumları İranın etdiyini bildirdi

ABŞ prezidenti Donald Tramp Oman körfəzində neft tankerlərinə hücumları İranın etdiyini söyləyib.

1218800
Donald Tramp Oman körfəzində neft tankerlərinə hücumları İranın etdiyini bildirdi

ABŞ prezidenti Donald Tramp Oman körfəzində neft tankerlərinə hücumları İranın etdiyini söyləyib.

Tramp bunu “Fox News”ə açıqlamasında deyib.

“İranın qarşısı necə alınacaq?” sualına cavabında isə Tramp “Buna baxacağıq” deyərək Hörmüz boğazının bağlanmayacağını, bağlansa belə bunun uzun müddət davam etməyəcəyini irəli sürüb.

Qeyd edək ki, Oman körfəzində dünən səhər radələrində iki neft tankerində partlayışlar baş vermişdi.

Tankerlərdəki 44 nəfərlik xədəmə İran axtarış-xilasetmə dəstələri tərəfindən xilas edilərək İranın Hürmüzgan əyalətinə bağlı Cask limanına aparılmışdı.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşige Seko Yaponiyaya yük daşıyan iki neft tankerinin Hörmüz boğazı yaxınlığında hücuma məruz qaldığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr