ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışı

ABŞ-da Nümayəndələr Palatasındakı Demokrat millət vəkilləri Səudiyyə Ərəbistanına silah satılmasına mane olacaq qərar layihələri təqdim etdi.

1217810
ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışı

ABŞ-da Nümayəndələr Palatasındakı Demokrat millət vəkilləri Səudiyyə Ərəbistanına silah satılmasına mane olacaq qərar layihələri təqdim etdi.

Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin yazılı açıqlamasında bildirilib ki, Kaliforniya ştatından Demokrat millət vəkili Ted Lieun Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinə silah satışının qarşısını alacaq qərar layihəsi təqdim etdi.

Lieu da verdiyi açıqlamada ABŞ-ın silah satış prosesinin, satışın ölkənin maraqları və qanunlarına uyğun olmasının gözdən keçirilməsi məqsədilə Konqresin təsdiqini də əhatə etdiyinə toxunaraq, Tramp rəhbərliyinin sözügedən satışların bu standartlara uyğun olmadığını bildiyini və həmin səbəbdən də fövqəladə vəziyyətə əl atdığını ifadə edib.

Nümayəndələr palatasının Demokrat üzvləri Devid Cicilline, Abigail Spanberger və Tom Malinovski də xüsusilə həssas idarəolunan bombaların transferilə əlaqədar qərar layihəsi təqdim edib.

Trampın 24 mayda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi bəzi ölkələrdə silah satışlarında Konqresin təsdiqi olmadan “fövqəladə vəziyyət” səlahiyyətindən istifadə etməyə qərar verdiyi bildirilmişdi. Buna görə, Trampın Konqresin təsdiqi olmayan qərarının təcili qüvəyə minəcəyi və 8 milyard dollarlıq 22 silah müqaviləsinin Konqresin nəzarəti olmadan dərhal tamamlanacağı qeyd edilmişdi.



Әlaqәli Xәbәrlәr