ABŞ-ın İranda bir şirkət və onun iki rəhbərinə sanksiya qərarı

ABŞ rəhbərliyi İran İnqilab Keşikçiləri Qvardiyası  Qüds Gücünün İraqda əlaqədə olduğu bildirilən şirkət və iki rəhbərinə sanksiya tətbiq etmə qərarına gəlib.

1217560
ABŞ-ın İranda bir şirkət və onun iki rəhbərinə sanksiya qərarı

ABŞ rəhbərliyi İran İnqilab Keşikçiləri Qvardiyası  Qüds Gücünün İraqda əlaqədə olduğu bildirilən şirkət və iki rəhbərinə sanksiya tətbiq etmə qərarına gəlib.

ABŞ-ın Xəzinə Nazirliyinin məlumatına əsasən, Tramp rəhbərliyi Bağdaddakı (Seld Velt Resörsis Kompani) South Wealth Resources Company (SWRC) adlı şirkət və bu şirkətin iki rəhbəri Mekki Kazım Əbdül Əl Əsədi və Məhəmməd Hüseyn Saleh Əl Həsəniyə sanksiya tətbiq etməyi qərara alıb.

Açıqlamada həmin şirkətin İran İnqilab Keşikçiləri Qvardiyası  Qüds Gücünün İraqdakı təşkilatlanması ilə əlaqəsi olduğu və bu təşkilatlanmaya qiyməti yüz milyonlarla dollar olan silah verdiyi irəli sürülüb.

Həmçinin “SWRC” adlı şirkət ilə Əl Əsədi və Əl Həsənin Qüds Gücünə ABŞ-ın sanksiya qərarlarını pozaraq İraqın maliyyə sisteminə daxil olma imkanı yaratdığı bildirilib.

Sanksiya qərarlarına görə, həmin şirkət və rəhbərlərin ABŞ-dakı Əmlakları dondurulacaq və Amerika şirkətləri yaxud vətəndaşlarının bu şəxs və şirkətlərlə fəaliyyəti olmayacaq.

Qeyd edək ki, Tramp rəhbərliyi İran ilə 2015-ci ildə imzalanan nüvə razılaşmadan 2018-ci il mayın 8-də çıxdığını açıqlamışdı.  

Daha sonra isə rəsmi Tehranın neft ixracını hədəf alan sanksiyaları həyata keçirən ABŞ aprel ayında İran İnqilab Keşikçiləri Qvardiyasını “xarici terror təşkilatı” siyahısına salmışdı.



Әlaqәli Xәbәrlәr