Yaponiyanın Baş naziri son 41 ildə ilk dəfə İrana getdi

Yaponiyanın Baş naziri son 41 ildə ilk dəfə İrana rəsmi səfərə yola düşüb.

1216815
Yaponiyanın Baş naziri son 41 ildə ilk dəfə İrana getdi

  Yaponiyanın Baş naziri Şinzo Abe iyunun 12-də İrana rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində onun İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi və ölkə prezidenti Həsən Ruhani ilə görüşəcəyi gözlənilir.

  “Yaxın Şərqdəki gərginlik narahtlıq yaradır. Beynəlxalq ictimaiyyətin məsələyə diqqətini nəzərə alaraq öz imkanlarım daxilində həmin regionda sülhün və sabitliyin bərpasında rol oynamağa çalışacağam. Yaponiya ilə İran arasında ənənəvi dostluq münasibətlərinə arxalanaraq prezident Həsən Ruhani və dini rəhbər Ayətullah Əli Xameneyi ilə gərginliyin azaldılması üçün açıq fikir mübadiləsi aparmaq niyyətindəyəm”, - deyə Ş.Abe uçuş rərəfəsində NHK telekanalına bildirib.

  Səfər zamanı müzakirələrin əsas mövzusunun İran ilə nüvə razılaşmasının saxlanmasının olacağı gözlənilir. Bu ərəfədə rəsmi Pekinin İran neftini almaqdan imtina etməsi rəsmi Vaşinqtonun daha böyük ticari anlaşmaya qoşulmasına imkan yaradır.

  Mayın 8-də İran ABŞ-ın nüvə razılaşmasından çıxmasının bir ilinin tamam olması ərəfəsində bu razılaşmanın uranın zənginləşdirilməsi və ağır su ilə bağlı bəzi maddələrin icrasını dayandırdığını bildirib. 

  Xatırladaq ki, Yaponiyanın Baş naziri son dəfə 1978-ci ildə şahın devrilməsindən və İslam respublikasının elan edilməsindən qabaq İrana səfər edib.  



Әlaqәli Xәbәrlәr