"Ondan çox isti və səmimi bir məktub aldım", D.Tramp

Ağ Evin həyətində mətbuat nümayəndələrinə məlumat verən D.Tramp mövzu ilə bağlı deyib...

1216811
"Ondan çox isti və səmimi bir məktub aldım", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Şimali Koreya başçısı Kim Çen İndən (Kim Jong Un) yeni məktub aldığını açıqladı.

  Ağ Evin həyətində mətbuat nümayəndələrinə məlumat verən D.Tramp mövzu ilə bağlı deyib:

  “Şimali Koreya prezidenti Kim Çen İndən çox gözəl – isti və səmimi bir məktub aldım. Onunla artıq yaxşı əlaqələrimiz var. Çox müsbət şeylər olacağını düşünürəm. Yaxında yeni görüşün olması mümkündür. Koreyanın böyük bir potensialı vardır.”

  Xatırladaq ki, ABŞ və Şimali Koreya prezidentləri arasında Vyetnamda fevral ayının sonunda olan ikinci görüşdə razılaşma təmin edilə bilmədi, Ağ Ev danışıqların davam edəcəyini çatdırdı.



Әlaqәli Xәbәrlәr