BMT Sudanda törədilən hadisələri qınadı

BMT Təhlükəsizlik Şurası Sudanda son dövrdə cərəyan edən zorakılığı pisləyib.

1217070
BMT Sudanda törədilən hadisələri qınadı

BMT Təhlükəsizlik Şurasının açıqlamasında: “BMT Təhlükəsizlik Şurası üzvləri Sudanda son dövrdə törədilən şiddət hadisələrini qınayır və dinc sakinlərin öldümünə və ya yaralanmalarına gətirib çıxaran vəziyyətdən kədər duyurlar. Sudan vətəndaşlarına qarşı zorakılığın dərhal dayandırılmasını tələb edirlər. İnsan hüquqlarına hörmətlə yanaşılmasını, vətəndaşların təhlükəsizliyinin qorunmasını, ədalətin bərpasını arzulayırlar”.

BMT Baş katibi Antonio Guterresin Sudan ilə bağlı regional və beynəlxalq səylərinin davamının əhəmiyyətinə diqqət çəkilən açıqlamada BMT-nin Sudanın birliyi, suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunmasını istədiyi vurğulanıb və bütün maraqlı tərəflər mövcud böhranın qarşılıqlı razılaşmalar ilə həllə qovuşması üçün birgə addım atmağa çağırılıb.



Әlaqәli Xәbәrlәr