Çin güclü yağış və fırtınanın təsiri altında qaldı

Güclü yağış və fırtına Çin Xalq Respublikasının cənub ərazilərində həyatı ifliç etdi. Təbii fəlakət nəticəsində 7 adam həyatını itirdi.

1216401
Çin güclü yağış və fırtınanın təsiri altında qaldı

Şinhua agentliyi bildirib ki, Quanqdonq əyalətinin Heyuan şəhərində güclü yağış və fırtına nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Güclü yağışların səbəb olduğu sel fəlakəti nəticəsində bir nəfər də itkin düşüb. Təbii fəlakətdən ən az 110 min nəfər təsirlənib. Min ev suların altında qalıb. Xeyli sayda xilasedicinin cəlb olunduğu bölgədəki məktəblərdə tədris dayandırılıb.



Әlaqәli Xәbәrlәr