"BMT mütləq islahata getməlidir", Q.Rider

Beynəlxalq Əmək Təşkilatının (İLO) baş direktoru Quy Rider (Guy Ryder) çoxtərəfli sistemin təzyiq altında olduğunu bildirərək Birləşmiş Millətlər Təşkilatının islahata getməsi vacibliyini söylədi.

1216074
"BMT mütləq islahata getməlidir", Q.Rider

 

  Beynəlxalq Əmək Təşkilatının (İLO - İnternational Labour Organization) baş direktoru Quy Rider (Guy Ryder) çoxtərəfli sistemin təzyiq altında olduğunu bildirərək Birləşmiş Millətlər Təşkilatının islahata getməsi vacibliyini söylədi.

  Q.Rider BMT-nin Cenevrə mərkəzində iyunun 10-da başlayan Beynəlxalq Əmək Təşkilatının 108-ci Beynəlxalq İş Konfransının açılışında çıxışında deyib:

  “Bu il 100 yaşı qeyd edilən Beynəlxalq Əmək Təşkilatına etibar hələ davam edir. 21 iyuna qədər davam edəcək konfransda 40-dan çox dövlət və hökumət başçısının iştirakı buna bir sübutdur. Amma sistem təzyiq altındadır. BMT mütləq islahata getməlidir.

  Dünyada bölünməyə gedir. Bu proses getdikcə qarışıqlıqlar bir-birini əvəz edir. Ölkələr arasındakı dialoq və anlayışsızlıq bizi narahat edir."

  Qeyd edək ki, Türkiyənin vitse-prezidenti Fuad Oqtayın da iştirak etdiyi 108-ci Beynəlxalq İş Konfransında Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və onlarla dövlət və hökumət başçısı iştirak edir.



Әlaqәli Xәbәrlәr