Tramp Qətər əmiri ilə görüşəcək

Ağ Evin mətbuat xidmətindən verilən yazılı məlumatda bildirilir...

1215070
Tramp Qətər əmiri ilə görüşəcək

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani ilə 9 iyulda Ağ Evdə bir araya gələcək.

  Ağ Evin mətbuat xidmətindən verilən yazılı məlumatda bildirilir: “İki dövlət başçısı görüşdə regional proseslər, ikili təhlükəsizlik əməkdaşlıq məsələləri və terrorla mübarizə mövzularını müzakirə edəcəklər. Sözügedən səfər ABŞ-la Qətər arasında uzun zamanlıq ortaq təmələ söykənir və onsuz da güclü olan iqtisadi və təhlükəsizlik bağlarımızı daha da gücləndirəcək."

  Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirikləri ilə Qətər arasındakı böhran zamanı Qətərə sərt reaksiyaları ilə diqqət çəkən Trampın sonrakı çıxışları yumşaldı və o, Körfəz ölkələri arasındakı əməkdaşlığı dəstəklədiyini söylədi.

  Axırıncı dəfə Qətər rəhbərliyi may ayının sonunda Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının fövqəladə toplantısında iştirak etmiş və bu addımla iki ölkə arasında buzlar əriməyə başlamışdı.

  Bundan başqa, ABŞ rəhbərliyi 10 mayda Qətərə 3 milyard dollarlıq 24 ədəd “AH - 64 E Apache” tipli hücum vertolyotu satışını təsdiq edib.



Әlaqәli Xәbәrlәr