Çin başçısı Qırğızıstan və Tacikistana gedir

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən...

1215165
Çin başçısı Qırğızıstan və Tacikistana gedir

  Çin Xalq Respublikasının (ÇXR) başçısı Şi Cinpinq Bişkekdə keçirilən XIX Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana, sonra isə Düşənbədə olan V Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi üçün Tacikistana səfər edəcək.

  Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Şi Cİnpinq iyunun 12-14 tarixlərində Qırğızıstanda olan və dövlət başçıları səviyyəsində keçirilən görüşdə iki ölkə arasında münasibətlərə dair fikir mübadiləsi aparacaq. İyunun 14-ü Tacikistanda yola düşəcək Çin başçısı ayın 16-adək burada rəsmi səfərdə olacaq.

  Qeyd edək ki, hər iki təşkilatın sonuncu zirvə görüşləri Çində təşkil edilmişdi. 2014-cü ilin 20-21 may tarixlərində IV Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi Şanxayda, 2018-ci il iyunun 9 və 10-da isə XVIII Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının zirvə toplantısı isə Çindaoda olmuşdu.



Әlaqәli Xәbәrlәr