Venesuela Kolumbiya ilə sərhədləri açdı

İctimai media hesabından etdiyi paylaşmada Maduro bildirib...

1214843
Venesuela Kolumbiya ilə sərhədləri açdı

  Venesuela prezidenti Nikolas Maduro 22 fevraldan bağlı olan Taçira (Tachira) əyalətindəki Kolumbiya sərhədinin açılacağını elan etdi. 

  İctimai media hesabından etdiyi paylaşmada Maduro bildirdi: "8 iyundan başlayaraq Taçira əyalətindəki Kolumbiya sərhədimizin açılması üçün təlimat verdim. Biz müstəqilliyimizi və taleyimizi təyinetmə haqqımızı möhkəm şəkildə qoruyan bir millətik."

  Xatırladaq ki, Maduro hökuməti Venesuelada özünü müvəqqəti prezident elan edən Xuan Quaydonun (Juan Guaido) başçılığı ilə müxalifətin 23 fevralda Amerika Birləşmiş Ştatlarının Venesuelaya göndərdiyi "humanitar yardımları" sərhəddən buraxma cəhdilə əlaqədar ölkəsi ilə Kolumbiya arasındaki qapıları bağlama qərarı vermişdi. Qərarla bağlı Kolumbiya hökuməti ciddi və qeyri-qanuni təhdidlər etmişdi.

  Qeyd edək ki, Venesuelanın Tachira əyalətində ölkəni Kolumbiya ilə bağlayan Fransisko de Paula Santander (Francisco da Paula Santander), Simon Bolivar və Las Tienditas adları ilə 3 beynəlxalq sərhəd körpüsü var.



Әlaqәli Xәbәrlәr