Yaponiyanın baş naziri İranla ABŞ-ın arasını düzəltmək istəyir

Yaponiyanın baş naziri Şinzo Abe İranla Amerika Birləşmiş Ştatlarının arasını düzəltmək üçün İrana səfər edəcək.

1214397
Yaponiyanın baş naziri İranla ABŞ-ın arasını düzəltmək istəyir

  Yaponiyanın baş naziri Şinzo Abe İranla Amerika Birləşmiş Ştatlarının arasını düzəltmək üçün İrana səfər edəcək.

  “Kyodo” Yapon xəbər agentliyində yazılana görə, Nazirlər Kabinetinin sözcüsü Yoşihide Suqa təşkil etdiyi mətbuat konfransında bildirib:

  “Baş nazir Şinzo Abe rəsmi Vaşinqton və Tehran hökuməti arasında yaşanan gərginliyin aradan qaldırılması üçün İrana rəsmi səfərə yollanacaq.

  Bu, bir yapon baş nazirinin İrana 41 ildən sonra ilk səfəri sayılır.

  İranda hərbi gərginliyi azaldılması, nüvə müqaviləsinə sadiq qalınması və regional sabitliyin qorunması üçün ən yüksək səviyyədə rəsmi səfərlərə cəsarətləndirilməsi böyük əhəmiyyət daşıyır."

  Qeyd edək ki, 12-14 iyunda tarixlərinə planlaşdırılan səfər zamanı Şinzo Abe İranın dini rəhbəri Əli Hamaney və ölkə prezidenti Həsən Ruhani ilə görüşəcək.

  Xatırladaq ki, Yaponiyanın baş naziri keçən ay Vaşinqtona etdiyi səfəri zamanı ABŞ prezidentinə İranla bağlı vasitəçilik təklifini etmiş, Tramp da bu fikri dəstəkləmişdi.



Әlaqәli Xәbәrlәr