Çin öz vətəndaşlarına xəbərdarlıq etdi

Çin Xarici İşlər Nazirliyi tərəfindən yayılan səyahət xəbərdarlığında bildirilir...

1213885
Çin öz vətəndaşlarına xəbərdarlıq etdi

  Çin Amerika Birləşmiş Ştatlarına səyahət edəcək vətəndaşlarına pis rəftara uğraya biləcəkləri xəbərdarlığını etdi.

  Çin Xarici İşlər Nazirliyi tərəfindən yayılan səyahət xəbərdarlığında bildirilir:

  "Çin vətəndaşları ABŞ-a gedərsə, nəzarətə alına, sorğulana və təhlükəsizlik qüvvələrinin pis rəftarına məruz qala bilər.

  Xəbərdarlıq il sonuna qədər etibarlıdır.”

  Qeyd edək ki, bir neçə gün əvvəl Çin Mədəniyyət Nazirliyi də ABŞ-da artan silahlı hücum, soyğun və oğurluq hadisələrini səbəb göstərərək vətəndaşlarına səyahət xəbərdarlığı etmişdi.

  Bu xəbərdarlıqlara səbəb iki ölkə arasındakı gömrük vergilərinin qarşılıqlı artırılmasıyla partlaq verən "ticarət müharibəsi" və Çinin nəhəng texnologiya şirkəti “Huawei”yə tətbiq olunan sanksiyalarla gərilən hadisələrdir.

  ABŞ Milli Səyahət və Turizm İdarəsinin məlumatına görə, ölkəyə səyahət edən çinli vətəndaşların sayı 2018-ci ildə əvvəlki ilə nisbətən 5,7 faiz azalaraq 2,9 milyona düşüb.



Әlaqәli Xәbәrlәr