‘‘Sarı jiletlilәr’’in növbәti aksiyasında doqquz mindәn çox adam iştirak edib
Aksiyaçılar Fransa prezidenti Emmanuel Makronun izlәdiyi siyasәtә öz etirazlarını bildiriblәr.
Fransada “Sarı jiletlər”in 29-cu aksiyasında 9 min 500 adam iştirak edib.
Aksiyaçılar Fransa prezidenti Emmanuel Makronun izlәdiyi siyasәtә öz etirazlarını bildiriblәr.
Polis nümayişçilәrin Parisdəki Yelisey Meydanında (Champs-Elysees) aksiya keçirmәlәrinә icazә vermәyib.
Mәlumata görә, polis Toulouse şәhәrindә aksiya keçirәn nümayişçilәrә qözyaşardıcı qazla müdaxilә edib.
Qeyd edək ki, Fransada yanacaq qiymətinin artırılması və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq 17 noyabrda başlayan, ancaq sonra ölkə prezidenti Emanuel Makron rəhbərliyinə qarşı qəzəbə və üsyana çevrilən “sarı jiletlilər”in nümayişləri ölkədə son illərin ən şiddətli etirazı sayılır.
Aksiyalarda indiyə qədər 11 adam həyatını itirib, təxminən 12 min 107 nəfər saxlanılıb, 1800-ü polis әmәkdaşı olmaqla 4 min 245 nәfәr dә yaralanıb.
“Sarı jiletlilər” həm də həyatlarına aid məsələlərin və çıxacaq qanunların referendum yoluyla xalqa verilməsini istəyir.