Donald Tramp iyunun 18-dә seçkilәrә qatılacağını elan edәcәk

Bu barədə Amerika Birləşmiş Ştatları prezidenti  Donald Tramp  şəxsi ''Twitter'' səhifəsində  yazıb.

1212319
Donald Tramp iyunun 18-dә seçkilәrә qatılacağını elan edәcәk

Amerika Birləşmiş Ştatları  prezidenti Donald Tramp iyunun 18-də Florida ştatının Orlando şəhərində rəsmi şəkildə ikinci müddətə prezident seçkilərində iştirak edəcəyini açıqlayacaq. 

Bu barədə Amerika Birləşmiş Ştatları prezidenti  Donald Tramp  şəxsi ''Twitter'' səhifəsində yazıb.

“Mən birinci xanım Melaniya Tramp, vitse-prezident Mayk Pens və ikinci xanım Karen Penslə birlikdə iyunun 18-də Floridanın Orlando şəhərində ikinci müddətə prezidentliyə namizədliyimi irəli sürdüyümü elan edəcəm”,-deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, Donald Tramp  ABŞ-da 2016-cı ilin 8 noyabr tarixində keçirilən prezident seçkilərində qələbə qazanaraq ölkənin 45-ci prezidenti olmuşdu. 2017-ci ilin 20 yanvar tarixində and içən Donald Tramp vəzifəsinin icrasına başlamışdı.



Әlaqәli Xәbәrlәr