D. Tramp İsraildəki siyasi vəziyyətə münasibət bildirdi

ABŞ prezidenti Donald Tramp növbədən kənar seçki qərarına gəlinən İsraildə cərəyan edən siyasi proseslərə münasibət bildirib.

1211518
D. Tramp İsraildəki siyasi vəziyyətə münasibət bildirdi

Donald Tramp Ağ Evin həyətində mətbuata verdiyi açıqlamada: “İsraildə mövcud siyasi vəziyyəti yaxşı qiymətləndirmək olmaz. Növbədən kənar seçki qərarı yaxşı olmadı. Belə bir şeyə zərurət yoxdu. Ölkədə həll ediləsi kifayət qədər problem mövcutdur. Bu vəziyyətdə yeni hökumətin formalaşdırıla bilməməsi problemlərin həllinə dair addımlara mənfi təsir edəcək”-deyə Tramp vurğulayıb.

Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu verilən müddət ərzində yeni hökuməti formalaşdıra bilmədiyi üçün məclis ləğv edilərək növbədən kənar seçki qərarı qəbul edildi.



Әlaqәli Xәbәrlәr