Polşa da ABŞ-dan F-35 döyüş təyyarəsi istəyir

İctimai media hesabından verdiyi şərhdə ölkəsində Sovet dövrü adamlarının dəyişdirilməli olduğunu söyləyən nazir sonra bildirib...

1210059
Polşa da ABŞ-dan F-35 döyüş təyyarəsi istəyir

  Polşanın müdafiə naziri Mariuş Blaşak (Mariusz Blaszczak) Amerika Birləşmiş Ştatlarından 32 ədəd F-35 döyüş təyyarəsi almaq istədiklərini açıqladı.

  İctimai media hesabından verdiyi şərhdə ölkəsində Sovet dövrü adamlarının dəyişdirilməli olduğunu söyləyən nazir sonra bildirib:

  "Amerikalı ortaqlarımıza logistik və təlim paketləriylə birlikdə 32 ədəd F-35-A təyyarəsi almaq istədiyimizi çatdırdıq.''

  Qeyd edək ki, Polşa prezidenti Ancey Duda (Andrzej Duda) keçən il amerikalı həmkarı Donald Trampa Polşada qalıcı bir ABŞ bazası qurmaq fikrini söyləmişdi.

  Bundan başqa, Polşa keçən il “Patriot” hava və mərmi müdafiə sistemi üçün ABŞ-la 4 milyard 750 milyon dollarlıq müqavilə imzalayıb.



Әlaqәli Xәbәrlәr