Avstriya parlamenti Kurtsun rəhbərlik etdiyi hökümətə etimad göstərmədi

Avstriya parlamentində Federal Kansler Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxıldı.

1209238
Avstriya parlamenti Kurtsun rəhbərlik etdiyi hökümətə etimad göstərmədi

Avstriya parlamentində Federal Kansler Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxıldı.

Müxalifətdə olan JETZT (İNDİ) Partiyası Federal Kansler Sebastian Kurtsa etimadsızlıq təşəbbüsü ilə, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) isə təkcə Kanslerə qarşı deyil, bütövlükdə hazırkı hökumətə qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış etdi.

Parlamentdə 52 deputatla təmsil olunan SPÖ sədri Pamela Rendi-Vaqner S.Kurtsun hazırkı hökumət böhranında birbaşa cavabdeh şəxs olduğunu vurğuladı. Onu Avstriya Azadlıq Partiyası ilə koalisiyalı hökumət qurmaqda və ölkənin nüfuzunu beynəlxalq aləmdə ləkələməkdə ittiham etdi.

Bir həftə əvvəl koalisiyalı hökuməti tərk edərək müxalifət partiyasına çevrilən və 51 mandata malik FPÖ təmsilçiləri də onlara etimad göstərməyən S.Kurtsa eyni mövqe sərgiləyəcəklərini bəyan etdilər.

Federal Kanslerin sədri olduğu Avstriya Xalq Partiyası (ÖVP) adından çıxış edən millət vəkilləri hər iki təşəbbüsü tənqid edərək hazırkı “ekspertlər hökuməti”nin payızda keçiriləcək növbədənkənar parlament seçkilərinə kimi işini davam etdirməli olduğunu bildirdilər.

183 yerlik parlamentdə 61 mandatla təmsil olunan ÖVP etimadsızlıq səsverməsində mütləq səs çoxluğuna malik olmayacağına görə partiya təmsilçiləri müxalifət partiyalarının üzvlərini təmsil etdikləri fraksiyanın qərarları əsasında deyil, şəxsi təhlil və fikirləri əsasında səs verməyə çağırdılar.

Müxalifət partiyaları arasında 10 mandata malik NEOS (Yeni Avstriya və Liberal Forum) yeganə partiya kimi hazırkı hökumətə qarşı etimadsız təşəbbüsünü dəstəkləməyəcəyini elan etdi.

Bütün çıxışlardan sonra səsvermə keçirdi. SPÖ, FPÖ və JETZT partiyalarının ümumi səs çoxluğu ilə Avstriya parlamenti Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə qarşı etimadsızlıq göstərdi.

Digər tərəfdən, Federal Prezident Aleksander Van der Bellen müvəqqəti hökumət müəyyən olanadək maliyyə naziri Hartvirg Lgerin baş nazir vəzifəsində olacağını açıqladı. Bellen nazirlərin isə seçki hökuməti müəyyən olana qədər vəzifədələrini davam etdirəcəklərini bildirdi.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Avstriyada ilk dəfə olaraq parlament hökumətin fəaliyyətinə etimadsızlıq təşəbbüsü əsasında son qoydu.



Әlaqәli Xәbәrlәr