ABŞ və Yaponiya prezidentlərinin hərbi gəmi səfəri

Donald Tramp və Şinzo Abe Yaponiyanın ən böyük hərbi gəmilərindən birində olublar.

1209232
ABŞ və Yaponiya prezidentlərinin hərbi gəmi səfəri

 

  Mayın 28-də ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe Tokio körfəzinin çıxışında yerləşən Yokosuka bazasında gündoğan ölkənin hərbi-dəniz qüvvələrinin ən böyük gəmilərindən birində - “Kaqa” helikopter daşıyan gəmisində olublar.

  İki ölkə başçısının helikopterləri yapon və ABŞ dənizçilərinin düzüldüyü gəminin göyərtəsinə enib.

  Mərasim yerli telekanallarla birbaşa yayımlanıb, bildirilib ki, “Kaqa” yaxın zamanlarda aviadaşıyıcı kimi yenidən qurulacaq. Bundan sonra gəmi göyərtəsinə ABŞ-dan yeni alınan, qısa uçma və üfüqi eniş qabiliyyətinə malik F-35 hərbi təyyarələrini qəbul edəcək.

  ABŞ və Yaponiya prezidentlərinin həmin gəmiyə səfərinin məqsədi Vaşinqtonla Tokio arasında hərbi ittifaqın möhkəmliyini nümayiş etdirməkdir.

  Yaponiya yaxın zamanlarda ABŞ-dan hərbi-dəniz qüvvələrinin və göyərtə aviasiyasının modifikasiyasının yenilənməsi məqsədilə 105 ədəd F-35 hərbi təyyarəsi almağı planlaşdırır. “Kaqa” ilə yanaşı, həmin növdən olan “İzumi” gəmisinin də aviadaşıyıcı kimi yenidən qurulması nəzərdə tutulur. Bu gəmilərin su həcmi 19,5 min ton, uzunluğu 248 metrdir. Hazırda həmin gəmilər 14 helikopter və 470 hərbi qulluqçu daşımağa qadirdir. Yenidənqurmadan sonra bu gəmilərin hər biri əlavə olaraq 10 hərbi təyyarə daşıyacaq.



Әlaqәli Xәbәrlәr