28 may tarixi Bruklində Azərbaycan Günü elan edildi
ABŞ-ın Nyu-York şəhərinin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

ABŞ-ın Nyu-York şəhərinin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.
Bəyannamədə uzun illər boyu Azərbaycan-Amerika cəmiyyətinin mədəni, siyasi və sosial töhfələri qeyd olunur, Bruklinin böyük və güclü Azərbaycan icması ilə tanındığı vurğulanır.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunduğunu deyən E.Adams müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci il mayın 28-də parlamentli respublikanın yaradıldığını vurğulayır, kişilərlə qadınlara bərabər seçki hüququnun təmin edilməsini, eləcə də təhsil və sosial sahələrdə bərabərliyin tanınması münasibətilə AXC-nin təsisçilərini alqışladığını bildirir.
Həmçinin bəyannamədə Bakı ilə Bruklin arasında 2014-cü il noyabrın 18-də qardaşlaşmış şəhərlər müqaviləsinin imzalandığı xatırlanır. Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams Azərbaycan vətəndaşlarının və ABŞ-dakı Azərbaycan icmasının üzvlərinin uzun müddət ərzində ölkəmizlə müxtəlif Amerika ştatları arasında münasibət qurmaqla respublikamız haqqında biliklərin artırılması və mədəniyyətimizin təbliği üçün əhəmiyyətli səylərin göstərilməsini təqdir edir.
Bütün bunlara görə E. Adams Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar 2019-cu il 28 may tarixini Bruklində Azərbaycan Günü elan edir.
Әlaqәli Xәbәrlәr

ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib.

Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 19 min 727-ni keçib.