"Bunu aldadılmamaq və bölünməmək üçün edirik", J.Quaido
Venezuelada özünü müvəqqəti prezident elan edən müxalif parlament sədri Juan Quaido ölkə prezidenti Nikolas Maduro hökuməti ilə Norveçdə görüşüb.

Venezuelada özünü müvəqqəti prezident elan edən müxalif parlament sədri Juan Quaido ölkə prezidenti Nikolas Maduro hökuməti ilə Norveçdə görüşüb.
Aylardır tarixinin ən ciddi siyasi böhranlarından birini yaşayan Venezuelada hökuməti devirmək üçün, ABŞ başda olmaqla, bir çox Latın Amerikası və Qərb ölkəsindən dəstək alan Quaido dəfələrlə rədd etdiyi müzakirə masasını qəbul edib.
Keçən il 68 faizlə seçkini qazanan Maduroya qarşı dəfələrlə çevriliş cəhdi etməyə çalışan Quaido şərhində görüşün yenə bu məqsədlə edildiyini bildirib.
Müzakirə heyətində parlamentin sədr müavini Stalin Qonzales, əvvəlki millət vəkilləri Fernando Martinez Mottola və Jerardo Blid (Gerardo Blyde) ilə texniki məsləhət heyətində Visente Diaz da olub.
Görüşlə bağlı Juan Quaido şərhində bildirib: "Venezuela xalqı, Silahlı Qüvvələri və beynəlxalq ictimaiyyət naminə "aldadılmamaq və bölünməmək" üçün bundan sonra tez-tez müzakirələrimizin olması mümkündür.
Norveç hökumətinin yaxşı niyyətli cəhdlərini qarşılıqsız buraxmadıq.”
Bu sözlərdən az sonra Norveç tərəfi paytaxt Osloda Maduro hökuməti və müxalifətin ikinci görüş üçün də bir araya gələcəyini açıqlayıb.
Ölkə mətbuatındakı digər xəbərlərə görə isə Quaido Barquisimeto şəhərində tərəfdarları ilə bir araya gəlib və xalqı yenə küçələrə çıxmağa çağırıb.
Әlaqәli Xәbәrlәr

Papa sabah İraqa səfərə gedir
Katoliklərin dini lideri və Vatikan dövlət başçısı Papa Fransisk sabah (5 Mart) İraqa səfər edəcək.