Tramp Orta Şərqə təxminən 1500 əlavə hərbçinin göndərilməsi barədə sərəncamı imzaladı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Orta Şərqə təxminən 1500 əlavə hərbçinin göndərilməsi barədə sərəncamı imzaladığını bildirdi.

1207972
Tramp Orta Şərqə təxminən 1500 əlavə hərbçinin göndərilməsi barədə sərəncamı imzaladı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Yaponiyaya səfərindən əvvəl Ağ Evdə mətbuat nümayəndələri  ilə görüşərək gündəmdə olan məsələlər haqqında fikir bildirdi.

Tramp İranla bağlı atılan yeni addımdan bəhs etdi.

ABŞ prezidenti  bölgəyə göndəriləcək təxminən 1500 nəfərlik hərbi qüvvənin vəzifəsinin əsasən, Orta Şərqdəki ABŞ hərbçilərini və rəsmilərini qorumaq olacağını qeyd etdi.

Sözügedən əlavə hərbi  qüvvələrlə bağlı qərarın təfərrüatlarının Pentaqon tərəfindən açıqlanacağı gözlənilir.

Trampın bəyanatından qısa  müddət əvvəl ABŞ mətbuatı Trampun əlavə hərbi qüvvə barəsində qərar qəbul etdiyi və  Konqresi qərarla bağlı məlumatlandırdığı ilə əlaqədar xəbərlər yaymışdı.

Xatırladaq ki, ABŞ iki həftə əvvəl İrandan gələ biləcək təhdidlərə qarşı tədbir məqsədilə "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu ilə 4 ədəd nüvə başlıqlı B-52 bombardman təyyarəsindən ibarət Bombardman Vəzifə Qüvvəsini  Bəsrə körfəzinə göndərmişdi.

ABŞ prezidenti bazar günü "Twitter"də bölüşdüyü ismarışında: "İran  müharibə istəyərsə, bu, rəsmi olaraq İranın sonu olacaq. Heç vaxt ABŞ-ı hədələmə" ifadələrini işlətmişdi.



Әlaqәli Xәbәrlәr