Yusuf bin Aləvi: "ABŞ-İran gərginliyinin aradan qaldırılması üçün cəhd göstəririk"

Omanın xarici işlər naziri Yusuf bin Aləvi ABŞ-İran gərginliyinin aradan qaldırılması üçün cəhd göstərdiklərini söyləyib.

1207670

Bin Aləvi mərkəzi İngiltərədə olan “Mecelle” jurnalında yer alan müsahibəsində “Üçüncü tərəflərlə ABŞ və İran arasında dərinləşən gərginliyi azaltmaq üçün cəhd göstəririk” deyə bildirib.

Həmin iki ölkə arasında müharibə ehtimalının bütün dünya üçün təhdid təşkil etdiyini vurğulayan Aləvi ABŞ və İranın hazırda daha irəli getməsinin risklərinin fərqində olduğunu dilə gətirib.  

Qeyd edək ki, Omanın xarici işlər naziri Yusuf bin Aləvi mayın 20-də İranın paytaxtı Tehranda həmkarı  Məhəmməd Cavad Zəriflə görüşmüşdü.

Omanın Vaşinqton səfiri Hanine əl-Magiri də mayın 9-da verdiyi açıqlamada ölkəsinin ABŞ-la İran arasında vasitəçilik etməyə hazır olduğunu ifadə etmişdi.

Әlaqәli Xәbәrlәr