Avropaya qeyri-qanuni yollarla keçmәyә çalışan nigeriyalılar ölkәlәrinә geri qayıtdı

Bu barәdә Nigeriya Fövqәladә Hallar İdarәsinin rәhbәri Alhaji İdris Mәhәmmәd mәtbuat nümayәndәlәrinә verdiyi açıqlamada bildirib.

1207514
Avropaya qeyri-qanuni yollarla keçmәyә çalışan nigeriyalılar ölkәlәrinә geri qayıtdı

 

Qeyri-qanuni yollarla  Avropaya keçmәyә çalışan 195 nigeriyalı miqrantlar öz istәklәri ilә Liviyadan ölkәlәrinә geri qayıdıb.

Bu barәdә Nigeriya Fövqәladә Hallar İdarәsinin rәhbәri Alhaji İdris Mәhәmmәd mәtbuat nümayәndәlәrinә verdiyi açıqlamada bildirib. Alhaji İdris Mәhәmmәd nigeriyalı miqrantların öz istәklәri ilә ölkәlәrinә geri qayıtdıqlarını deyib.

Mәhәmmәd ölkәlәrinә geri qayıdan miqrantlar arasında 71 qadın, 37 uşaq vә 27 körpәnin dә olduğunu söylәyib.

Әldә olunan mәlumata görә, 2017-ci ildәn etibarәn 8 mindәn çox nigeriyalı miqrant öz istәklәri ilә ölkәlәrinә geri qayıdıb. Afrikanın әn böyük ölkәsi olan Nigeriyada xalq iqtisadi böhran vә tәhlükәsizlik problemlәri ilә mübarizә aparır.

Ölkәnin şimal-şәrqindә öz mövcudluğunu davam etdirәn terror tәşkilatı Boko Haram ilә tәhlükәsizlik qüvvәlәri arasındaki qarşıdurmalar milyonlarla nigeriyalının evlәrini tәrk etmәsinә sәbәb olub.



Әlaqәli Xәbәrlәr