Fayiz əs-Serrac: "Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var"

Liviya Milli Həmrəylik Hökuməti və Sədrlik Şurasının sədri Fayiz əs-Serrac ölkədə axan qanın dayandırılması və dialoq masasına oturulması üçün hələ də imkan olduğunu söylədi.

1206535
Fayiz əs-Serrac: "Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var"

Liviya Milli Həmrəylik Hökuməti və Sədrlik Şurasının sədri Fayiz əs-Serrac ölkədə axan qanın dayandırılması və dialoq masasına oturulması üçün hələ də imkan olduğunu söylədi.

Tunisdə Liviya Şərq Bölgəsi liderlərilə bir araya gələn Serrac general Xəlifə Hafterin paytaxt Tripolini ələ keçirmək üçün başlatdığı əməliyyata işarə edərək, bu acı təcrübədən və bunun doğurduğu nəticələrdən istifadə etməyin vacib olduğunu vurğuladı.

Hafterin bu əməliyyatları hakimiyyəti ələ keçirmək üçün həyata keçirdiyinin söyləyən Serrac “Şərqdəki qardaşlarımızı bu qarşıdurmadan  kənarda qalmağa çağırırıq. Bütün liviyalıların qanı bizim üçün qiymətlidir” dedi.

Serrac son hücumlarda iki tərəfdən də yüzlərlə insanın həyatını itirdiyinə diqqət çəkərək bildirdi ki, ölkənin qarşı-qarşıya olduğu böhranın sülhpərvər yollardan həllinə yaxınlaşmışdıq ki Tripoliya istiqamətli bu hücumlar siyasi prosesə ciddi zərbə endirdi, ölkəni zorakılıq və müharibənin girdabına apardı.  Ölkədəki mübarizənin şərq ilə qərb arasında deyil, müasir sivil dövlət istəyənlərlə dövləti militarlaşdırmaq və totalitar rejimə qayıtmaq istəyənlər arasındadır.

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş vermiş, bunun qarşısında Liviya Milli Həmrəylik Hökuməti qüvvələri də Burkan əl-Gadab əməliyyatını başlatmışdı.

Beynəlxalq Səhiyyə Təşkilatının açıqladığı məlulmata görə, Tripoli və ətrafındakı toqquşmalarda aprelin 4-dən bəridir təqribən 500 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr