Çin ABŞ-a xəbərdarlıq etdi

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq paytaxt Pekində təşkil etdiyi mətbuat konfransında bu barədə bəyanat verib.

1206956
Çin ABŞ-a xəbərdarlıq etdi

O: “ABŞ donanmasının iki hərbi gəmisinin Tayvan Boğazından keçişini yaxından izləyirik və  Mövzu ilə bağlı narahatlığımızı ABŞ-a bildirdik. ABŞ ilə Çin arasındakı ən əhəmiyyətli və həssas mövzulardan biri Tayvan məsələsidir. ABŞ-dan “Tək Çin” pirinsipinə sadiq qalmasını, həmçinin iki ölkə arasındakı münasibətlərin  məhz Tayvan Boğazında sülh və sabitliyin  qorunması  üçün Tayvan məsələsini daha ətraflı təhlil etməsini istəyirik”.

Qeyd edək ki, Tayvan Müdafiə Nazirliyi ABŞ-ın iki döyüş gəmisinin Tayvan Boğazından keçdiyini, lakin belə bir hüquqa sahib olmadığını açıqladı.

1949-cu ildə Mao Zedonqun iqtidarı ələ keçirməsiylə bəzi hökumət üzvləri Tayvana qaçıb adada müstəqillik elan etdilər və Tayvanı "millətçi Çin" adlandırdılar. Lakin Çin, Tayvanın müstəqilliyini tanımadı.

Pekin idarəsi, " Tək Çin" prinsipini mənimsəyərək, Çinin yalnız özlərini dünya ictimaiyyətində təmsil etdiyini və Tayvan müstəqillik elan edərsə hərbi müdaxilə ediləbiləcəyini bildirdi. ABŞ isə müdafiəsinə dəstək verdiyi Tayvana hər il milyardlarla dollarlıq silah satır.

 



Әlaqәli Xәbәrlәr