Böyük Britaniya kabinetində istefa qərarı

Böyük Britaniyada iqtidardakı Mühafizəkar Partiyasının parlamentin aşağı Palatası üzrə naziri Andrea Leadsom istefa etdi.

1206456
Böyük Britaniya kabinetində istefa qərarı

Andrea Leadsom istefa qərarını sosial media hesabından yaydığı açıqlamada bildirib  və qərarına  Baş nazir Mayın Brexit razılaşmasını səbəb  kimi  göstərib. Özü ilə həmfikir başqa nazirlərin də istefa edəbiləcəklərini bildirib.

Qeyd edək ki, Leadsom 2016-cı il baş tutan referendumdan sonra Baş nazir seçkisində Maya qarşı namizəd oldu, ancaq daha sonra yarışdan çəkildi.

 



Әlaqәli Xәbәrlәr