Amerika Birlәşmiş Ştatları DEAŞ-a qarşı әmәliyyat keçirib

Amerika Birlәşmiş Ştatlarının Afrikadakı Komandanlığından verilәn açıqlamada terror tәşkilatı DEAŞ-a qarşı keçirilәn әmәliyyatla bağlı mәlumat verilib.

1206936
Amerika Birlәşmiş Ştatları DEAŞ-a qarşı әmәliyyat keçirib

 

Amerika Birlәşmiş Ştatalarının Somalidә terror tәşkilatı DEAŞ-a qarşı hәyata keçirdiyi hava әmәliyyatı nәticәsindә iki terrorçu zәrәrsizlәşdirilib.

Amerika Birlәşmiş Ştatlarının Afrikadakı Komandanlığından verilәn açıqlamada terror tәşkilatı DEAŞ-a qarşı keçirilәn әmәliyyatla bağlı mәlumat verilib.

Әmәliyyat zamanı terror tәşkilatı DEAŞ-ın  Qolis dağındakı mövqelәri hәdәfә alınıb.

Qeyd edәk ki, keçәn aydan etibarәn DEAŞ-a qarşı 5 әmәliyyat hәyata keçirilib. Әmәliyyatların mәqsәdi terror tәşkilatının hücumlarının qarşısını almaq vә liderlәrini mәhv etmәkdir.

Açıqlamada әmәliyyatlar zamanı dinc әhaliyә zәrәr dәymәdiyi vә DEAŞ-ın iki üzvünün mәhv edildiyi bildirilib.

Amerika Birlәşmiş Ştatları Somalidә terror tәşkilatı DEAŞ vә Әş-Şәbaba qarşı tez-tez hava әmәliyyatları keçirir.



Әlaqәli Xәbәrlәr