Kolumbiya Universitetində "Arakan müsəlmanlarının soyqırımı" adlı panel keçirildi

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində "Arakan müsəlmanlarının soyqırımı" adlı panel keçirildi.

1205935
Kolumbiya Universitetində "Arakan müsəlmanlarının soyqırımı" adlı panel keçirildi

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində "Arakan müsəlmanlarının soyqırımı" adlı panel keçirildi.

"Hamıya ədalət" prinsipi ilə fəaliyyət göstərən Nyu-York mərkəzli "Buddist Fəaliyyət Koalisiyası" adlı qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən paneldə arakanlı müsəlmanlara edilən zülmün səbəbləri müzakirə edildi.

Paneldə tədqiqatçı-yazar Azeem İbrahim, "Free Rohingya Coaliation"un New York şöbəsinin rəhbəri  Khin Mai Aung, "Burma Task Force New York"un və Birləşmiş Millətlər Təşkilatının proqram direktoru Adem Karroll, yazar Ashley Aye Aye Dun iştirak etdilər.

Azeem İbrahim paneldə çıxış edərək arakanlı müsəlmanların Myanmada uzun illərdir ağır təzyiq və zülmlərə məruz qaldığını vurğuladı.

İbrahim iştirakçılara Arakan müsəlmanlarının 2017-ci il hadisələrindən əvvəl yaşadığı kəndlərin əvvəlki və sonrakı vəziyyətini göstərdi.

"Free Rohingya Coaliation New York"un rəhbəri Xin Mai Aung da paneldə çıxış edərək: "Myanmada etnik və dini diskriminasiya ordu tərəfindən məqsədyönlü şəkildə siyasi motivlərlə bağlı tətbiq edildi" fikrini bölüşdü.

"Burma Task Force New York"un və Birləşmiş Millətlər Təşkilatının proqram direktoru Adem Karroll isə Myanmada nifrətin yayılması üçün "Facebook" və "Twitter" kimi texnoloji imkanlardan da istifadə edildiyinə diqqət çəkdi.

Yazar Ashley Aye Aye Dun da islamofobiya və ksenofobiyanın  Myanmada uzun illər olduğunu qeyd etdi.

Xatırladaq ki, 2012-ci ildə Arakanda buddistlər və müsəlmanlar arasında çıxan qarşıdurmalarda minlərlə müsəlman qətlə yetirilib və yüzlərlə ev və iş yerləri yandırılıb.

25 avqust 2017-ci ildə Arakandakı sərhəd keçid məntəqələrinə  təşkil edilən eyni vaxtlı hücumları səbəb göstərən Myanma ordusu və buddist millətçilər kütləvi zorakılıq aksiyaları törədiblər.

 Birləşmiş Millətlər Təşkilatına görə, 25 avqust 2017-ci ildən sonra Arakandakı təzyiq və zülmdən qaçıb Banqladeşə sığınanların sayı 745 minə çatıb. Beynəlxalq insan haqları müdafiə təşkilatları peyk fotoşəkilləri ilə yüzlərlə kəndin məhv edildiyini sübut edib.



Әlaqәli Xәbәrlәr